TƏBİB 13 yaşlı ana və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb

TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, sentyabrın 6-ı, saat 13:30 radələrində Sabunçu rayonunda, ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub”, – məlumatda deyilir.

Hazırda ana və uşağın vəziyyətinin stabil olduğu, tibb müəssisəsində müalicələrinin davam etdirildiyi vurğulanıb: “Uşağın çəkisi 3 600 qramdır”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.