“Təcili olaraq Ukraynanı tərk edin!” –Avstraliya və Yeni Zelandiya vətəndaşlarını çağırdı

Yeni Zelandiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını təcili olaraq Ukrayna ərazisini tərk etməyə çağırıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, departamentin dərc etdiyi bəyanatda bu tədbir Rusiya ilə Ukrayna arasında gərginliyin artması ilə izah edilir. Avstraliyanın baş naziri Skott Morrison da öz vətəndaşlarına oxşar müraciət ünvanlayıb. Avstraliya mətbuatının yazdığına görə, o, Ukraynadakı vəziyyəti çox təhlükəli adlandırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya və Niderland da vətəndaşlarını Rusiyanın işğal ehtimalının yüksək olması səbəbindən Ukraynanı tərk etməyə çağırıb.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belə deyildi, çox sərt olub, saatlarla tarixdən danışdı…” –

Sonrakı məqalə

“Azərbaycan müstəqilliyini Moskvanın təsirindən qoruya bilib” –