“Kapital Bank” olaraq bildirirk ki, müştərimiz Hacı Vəliyevin vəkili Aqil Layıcın müraciəti əsasında araşdırma aparılıb.
“Araşdırma nəticəsində əldə edilən məlumatlar qanunvericiliyin tələbinə əsasən bank sirri hesab olunduğundan həmin məlumatların yalnız müştərinin səlahiyyətli nümayəndəsinə, həmçinin müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilməsi mümkündür. Məsələ ilə bağlı tam dəstək göstərilə bilməsi üçün kart sahibinin müvafiq səlahiyyətlərə malik nümayəndəsinin müraciət etməsi xahiş olunur”, – məlumatda qeyd olunub.