Türkiyənin Adana şəhərində sürücü təhlükəli manevr edərkən idarəetməni itirib və yan zolaqdakı digər avtomobilə çırpılıb. AzPost Türkiyə mediasına istinadla xəbər verir ki, qəza anı başqa bir avtomobilin kamerasına saniyə-saniyə düşüb.
Hadisə Yüreğir rayonunun Sinanpaşa qəsəbəsi, Girne prospektində baş verib. Məlumata görə, sürücü yeraltı keçiddə qarşıdakı yük maşınını sağdan ötərək təhlükəli manevr etmək istəyib. Bu zaman idarəetməni itirərərk qarşısındakı digər avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobil yerində dönərək çevrilib. Görüntüləri təqdim edirik: