Təhsil naziri bu rayonların sakinlərini qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev oktyabrın 29-u saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan bölgələrin sakinləri oktyabrın 20-27-də saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (portal.edu.az, edu.gov.az) ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaq. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda qadın professor dələduzluğa görə həbs edildi

Sonrakı məqalə

“Ümid edirik ki, Ermənistanın verdiyi müsbət mesajlar sözdə qalmayacaq” –