Təhsil tələbə krediti:müraciətlərin 91 faizi Azərbaycan bölməsi üzrə olub

Kredit borcu
Kredit borcu

Təhsil tələbə kreditinə müraciətlərin 91 faizi təhsilin Azərbaycan bölməsi üzrə olub.

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev 2021-2022-ci tədris ili üzrə hesabat tədbirində söyləyib.

Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilməz. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.