Tərlan Əhmədzadə işdən çıxarılır- Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi

Vəzifə
Vəzifə
Qax Rayon Mərkəzi Xəstəxanasının direktoru Tərlan Əhmədzadə vəzifəsindən azad ediləcək.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya görə Əhmədzadə Tərlan Fərman oğlu vəzifəsindən kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Onun vəzifəsinin icrası xəstəxanaın direktor müavini – Baş həkimi İskəndər İskəndərova tapşırılıb.
Qeyd edək ki, uzun illər sözügedən xəstəxananın direktoru vəzifəsində çalışan Tərlan Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri, Baş nazirinin köməkçisi Əhməd Əhmədzadənin qardaşı oğludur.
2013-cü ilə kimi Qax Mərkəzi Xəstəxananın baş həkimi Əhməd və Mübariz Əhmədzadələrin (Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı) qardaşı Fərman Əhmədzadə olub. Fərman Əhmədzadə 2013-cü ildə vəfat etdikdən sonra onun yerinə oğlu, yəni Qaxın həbsdə olan icra başçısı Musa Şəkiliyevin xalasının nəvəsi Tərlan Əhmədzadə təyin edilib.
Xatıradaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev iyun ayının 21-də həbs edilib. O qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.