“Tərtər işi” ilə bağlı təqsirləndirilən MAXE-nin cinayət işinə verilən xitam ləğv edilib

Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.

Baş Prokuror Kamran Əliyev 31 yanvar 2021-ci il tarixində bununla bağlı qərarı ləğv edib.

Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir