Tərtərdə şəhid ailəsinin evindən oğurluq edən şəxs tutulub –FOTO

Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.

Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı,müxtəlif sənədlər oğurlayıb. Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Əhmədov Rabil Aqil oğlu tutularaq istintaqa cəlb edilib. Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Aslanovlar ailəsinə təhvil verilib. Faktla bağlı Tərtər rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.