Təyyarə qəzası ilə bağlı briqadalar cəlb olunub, 40 çarpayı ayrılıb- Qazaxıstan Səhiyyə Nazirliyi

Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.

Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.

Eyni zamanda mobil briqadalar daha 14 nəfəri xəstəxanaya çatdırıb. Onların da beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.

11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə isə Uşaq Xəstəxanasına aparılıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.