“Təyyarə qəzasında sağ qalanlar var” –Qazaxıstanın Səhiyyə Nazirliyi

Qazaxıstanın Səhiyyə Nazirliyi AZAL-ın Aktau hava limanında qəzaya uğrayan təyyarəsində sağ qalanların olduğunu açıqlayıb.

Azpost.info xəbər verir ki, nazirlik hazırda 14 nəfərin sağ olduğuna dair məlumata sahib olduqlarını bildirib. Onların arasında azyaşlı da var.

Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer EMB 190 təyyarəsi qəzaya uğramazdan əvvəl Qazaxıstanın Aktau şəhərinin hava limanı üzərində dövrə vurub. Bundan əvvəl ekipaj təcili eniş tələb edib və icazə gözləyirib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında təyyarənin qəzaya uğradığını və qəza yerində yanğının baş verdiyini təsdiqləyib. Nazirliyin məlumatına görə, qəzaya uğrayan təyyarədə sağ qalanlar var.

Qroznı hava limanının mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan gələn təyyarə Qroznıda duman səbəbindən Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.