Təyyarədə sərnişinlərə “İphone” paylayan şəxs gömrükdə saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

AzPost bildirir ki, bu barədə Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “apple” markalı qələm, 8 ədəd “apple” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən  götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.