Tacikistan əfqan qaçqınları kütləvi şəkildə deportasiya etdiyini təsdiqlədi

Tacikistan hökuməti Əfqanıstandan olan qaçqınların kütləvi deportasiyası ilə bağlı yayılan məlumatları rəsmən təsdiqləyib.

AzPost xəbər verir ki, Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətindən verilən açıqlamada, deportasiyanın səbəbi kimi miqrasiya qaydalarının kütləvi şəkildə pozulması və regionda yaranan ümumi sabitsizlik göstərilib.

Rəsmilərin bildirdiyinə görə, son vaxtlar ölkəyə qeyri-qanuni yollarla daxil olan və ya yaşayış şərtlərini pozan əcnəbilərin sayı kəskin artıb. Yoxlamalar zamanı narkotik alveri, saxta sənədlərlə hərəkət, ekstremizmin təbliği və Tacikistan ərazisindən tranzit məqsədilə istifadə halları aşkarlanıb.

Bu səbəbdən hökumət miqrasiya rejimini pozan, o cümlədən əfqan vətəndaşlarını ölkədən çıxarmağa qərar verib. GKNB-nin açıqlamasında qeyd olunub ki, mürəkkəb siyasi-iqtisadi vəziyyət qeyri-leqal miqrasiyanı artırır və bu, əlavə təhlükələr yaradır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.