Tailand 7500 vətəndaşını İsraildən təxliyə edib

Tailand hakimiyyəti Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar 7500 vətəndaşını İsraildən təxliyə edib.

Azpost.info xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, radikal HƏMAS hərəkatının silahlılarının hücumu nəticəsində 32 tailandlı həlak olub, 18 nəfər yaralanıb, 22 nəfər isə qaçırılıb.

Hərbi əməliyyatlar başlamazdan əvvəl yəhudi dövlətində 30 minə yaxın Tayland vətəndaşı var idi.

Hökumət İsraildə qalan Tailand vətəndaşlarına müraciət edərək onları da vətənlərinə qayıtmağa çağırıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.