Taksi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi qarşıya məqsəd qoyulub –DİN

“Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlər daha çox sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır”.

Bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub: “Burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.