“Taliban” 179 bənddən ibarət yeni konstitusiya hazırlayır

“Taliban” hərəkatı Əfqanıstanın yeni əsas qanunu olacaq konstitusiyanın layihəsini hazırlayıb.

Bu barədə “Taliban” tərəfindən hazırlanmış Konstitusiya layihəsinin surətini əldə edən yerli “Aamaj News” agentliyi məlumat yayıb.

“Taliban” konstitusiyası “Əfqanıstan İslam Əmirliyi”nin əsas prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil və 179 bənddən ibarətdir.

Ana yasada qanunların yalnız İslamın sünni təriqətinin dörd və ən geniş yayılmış cərəyanlarından olan Hənəfilik fiqhinə (hüququna) əsaslanacağı bildirlib: “Bütün Əfqanıstan vətəndaşları heç bir ayrı-seçkilik olmadan bərabər hüquqlara malik olacaqlar. Hökumətə İslam elminin inkişafı və dini məktəblərin yaradılması tapşırılıb. Yeni Əfqanıstan bayrağının ağ olduğu müəyyən edilib. Ölkənin rəsmi dilləri puştu və dari olacaq. Orta məktəblərdə ərəb dili tədris olunacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam İtaliyada hansı çağırışları etdi?

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi bəstəkarın qonorarına niyə “şərik” çıxıb?