“Taliban” nümayəndələri Moskvada supermarketdə pasportlarını itirib

“Taliban” hərəkatının Rusiyaya gəlmiş nümayəndə heyəti Moskvadakı “Perekrestok” supermarketində pasportlarını itirib.

Azpost.info bildirir ki, bu barədə  “112” teleqram kanalı xəbər verir. Nümayəndə heyəti üzvlərindən biri mağazanın kassası qarşısında içində sənədlər olan pulqabını unudub.

Əfqanıstandan gələn qonaqlar “Bolşaya Yakimanka” küçəsində yerləşən “Prezident” otelində qalıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların pasportlarını axtarır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.