“Taliban” Orta Asiyaya girsə Rusiya iki yerə parçalanacaq” –Rusiyalı ekspertdən qorxulu proqnoz

“Talibanın hazırda əsas işi Əfqanıstanı nəzarəti götürməkdir. Bu yaxın zamanların işidir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya hərbi-siyasi tədqiqatlar mərkəzinin direktoru, MQİMO-nun professoru Aleksey Podberezkin kp.ru-ya şərhində deyib.

Onun sözlərinə görə, taliban beynəlmiləl xarakterə malik təşkilatdır: “Onların sosial şüarları olan proqramları var. Bu isə Orta Asiya respublikalarından geniş dəstək alır. Hətta Rusiyada onların tərəfdarları ola bilər. Bu adamlar əmək miqrantları, milli respublikaların türkdilli əhalisinin kasıb təbəqəsidir. Təəssüf ki, Rusiyada bu terror təşkilatının yuvalarını tam itməyib. Bu onu göstərir ki, kimlərsə onları maliyyələşdirir”.

Ekspertin sözlərinə görə, “Talibanın”ın Tacikstanla sərhəddə vəziyyəti gərginləşdirməsi müdaxilənin ilk mərhələsidir: “Daha uzaq planlar Qazaxstanda vəziyyəti gərginləşdirməkdir. Rusiyaya dair Mərkəzi Kəşfiyyat İdarəsinin xəritələrinə baxsanız görərsiniz ki, “rus xəritələrində” mərkəz kimi şimali Qazaxstan və cənubi Ural baxılır”.

Podberezkin qeyd edib ki, əgər Qazaxstanda, xüsusən şimal hissəsində sabitlik pozulsa ondan sonra potensial olaraq Rusiyanı iki hissəyə -avropa və asiya hissəsinə bölmək mümkündür: “Məqsəd nəqliyyat dəhlizlərini parçalamaqdır. Düşmənlər böyük Rusiya ilə haqq-hesabı bitirmək üçün bunu variantlardan biri kimi görürlər.Bunun üçün müxtəlif təşkilatları maliyyələşdirirlər”.

Ekspertin fikrincə, “əl-Qaidə” və “Taliban” qərb xüsusi xidmətləri tərəfindən yaradılıb: “MKİ Əfqanıstana bir milyard dollardan çox pul qoyub. Rusiyada sabitliyi pozmaq üçün hökmən deyil ki, Talibanın maraqları birbaşa ABŞ maraqları ilə üst-üstə düşsün. Onlardan sadəcə istifadə edə bilərlər”.

İcmalçı deyib ki, hazırda dünyada döyüş təcrübəsi olan 150 min adam veyillənir. Onlar pul müqabilində hara desən getməyə hazırdılar. Bu şəxsləri “Taliban”a da cəlb edə bilərlər: “Mərkəzi Asiya respublikalarında qeyri-sabitliyin yaranması mümkündür. Məsələ təkcə “Taliban”da deyil. Onlar hazırda Əfqanıstanda böyük uğurla bir dalğa yaradıblar. Bu dalğanın təsiri qonşu ölkələrə necə təsir edəcək –biz hələ bilmirik”.

Ekspert deyib ki, ABŞ-a belə qeyri-sabitlik lazımdır və buna nail olublar: “Amerika Liviyadan Əfqanıstana qədər nəhəng regionda qeyri-sabit vəziyyət yaradıblar. İndi bu dalğanı şimala tərəf istiqamətləndirə bilərlər”.

Podberezin vurğulayıb ki, Orta Asiya dövlətləri güclü hərbi qüvvəyə malik deyillər: “Rusiya belə vəziyyətdə ola bilsin Xəzər dənizindən istifadə etsin”.

Azpost.info

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KİVDF-nin sabiq vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib –

Sonrakı məqalə

“Talibanın qlobal cihad proqramı yoxdur, iddiası yalnız Əfqanıstandır” –