“Taliban” əfqan qadınların BMT-də işləməsinə qadağa qoyub.
Azpost.info xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyüjarrik açıqlama verib.
“Müxtəlif kanallar vasitəsilə bizə qadağanın bütün ölkəyə şamil edildiyi barədə məlumat verilib”, – sözçü deyib.
O, bu qərarı “qəbuledilməz və anlaşılmaz” adlandırıb: “Bu, humanitar təşkilatların ona ən çox ehtiyacı olanlara yardım göstərmək qabiliyyətinə xələl gətirə bilər”.
BMT rəsmilərinin vəziyyətə aydınlıq gətirmək üçün Kabildə rəsmilərlı görüşməsi planlaşdırılır.
Azpost.info