“Taliban” qızların təhsil almasına qadağa qoydu- Bu gündən məktəb və universitetlərə buraxılmırlar

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qadın müəllimlərin, həmçinin ibtidai sinif şagirdi, universitet tələbəsi olan qızların təhsil müəssisələrinə buraxılmaması barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, bu barədə xarici mətbuat Kabildəki bir qrup müəllimin bəyanatına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, paytaxtdakı bir neçə məktəbin rəhbərliyi bu gün səhər saatlarında işçilərə xəbərdarlıq göndərərək “Taliban”ın əmri ilə əlaqədar işə gəlməməyi tələb edib.

Bundan başqa, Kabildəki bəzi məktəbli qızların valideynləri mətbuata bildiriblər ki, övladları silahlı taliblər tərəfindən məktəblərə buraxılmayıb. Beləliklə, “Taliban” əvvəllər dərslərdə iştirak etməyə icazə verilən ibtidai sinif şagirdləri olan qızların təhsil almasına qadağa qoyur.

Silahlı radikallar bu gün səhər Kabil Universitetinin qapısında da peyda olublar. Onlar qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasına nəzarət ediblər. Bu qadağa Əfqanıstanda minlərlə qız və qadının ali məktəblərə qəbul imtahanlarından keçməsindən üç ay sonraya təsadüf etdi. Bundan əvvəl də taliblərin göstərişi ilə universitetlərə qızlar və oğlanların ayrı sinif otaqlarında təhsil almalarına dair qayda tətbiq olunmuşdu.

Dekabrın 1-də Əfqanıstanın təhsil naziri bəyan etmişdi ki, qadınların təhsili Əmir Amanullah (1919-1929-cu illərdə Əfqanıstanı idarə edib) və Padişah Məhəmməd Zahir Şah (1933-1973-cü illərdə hakimiyyətdə olub) tərəfindən ölkəyə gətirilən yad mədəniyyətin bir hissəsidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.