Taliban qonşu dövlətlərə hucum etməyəcəyini vəd edib

“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub.

“İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad – Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, – açıqlamada belə deyilir.

Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Azərbaycana səyahətlə bağlı məhdudiyyətləri ləğv edib

Sonrakı məqalə

Rusiya hərbi təyyarəsi mətbuat konfransını dayandırdı –