Talibançılar musiqi alətlərini sındırdılar –"Bu uşaqların qəlbinə şeytan girib" /FOTO

Əfqanıstanda Taliban hərbi patrul dəstəsi musiqi alətlərini sındırıb. 

AzPost bildirir ki, bu barədə  “Madam Secretary” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, döyüşçülər Taloqana şəhərətrafı kənddə yerli sakinlərin əlində musiqi alətləri tapıblar.

Komandir bildirib ki, bu şəxslərin qəlbinə şeytan girib. O, “haram” olan musiqi alətlərinin dərhal müsadirə edilməsini və sonra məhv edilməsini əmr edib.

“5 yaşlı Lütfullah və 7 yaşlı Abdalın çalmağı öyrəndiyi qaval və kiçik pianino balta ilə ictimaiyyət qarşısında sındırılıb”, – deyə məlumatda qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.