“Talibanın Kabulu ələ keçirməsi bizim üçün gözlənilməz oldu” –

Rusiya XİN
16 Avqust 2021 - 12:02

“Talibanın paytaxt Kabulu ələ keçirməsi bizim üçün gözlənilməz oldu”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN idarə rəisi Zamir Kabulov “Exo Moskvı” radiosuna bildirib.

“Bu, gözlənilməz oldu. Biz hesab edirdik ki, əfqan ordusu necə olsa da müəyyən bir müddət ərzində müqavimət göstərəcək“-deyə Kabulov vurğulayıb.

Taliban ötən gün Əfqanıstanda nəzarəti tam ələ alıb. Prezident Əşrəf Qani ölkəi tərk edib. Hazırda yeni rejimin qurulması üçün danışıqlar gedir.