“Talibanın Kabulu ələ keçirməsi bizim üçün gözlənilməz oldu” –Rusiya XİN

“Talibanın paytaxt Kabulu ələ keçirməsi bizim üçün gözlənilməz oldu”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN idarə rəisi Zamir Kabulov “Exo Moskvı” radiosuna bildirib.

“Bu, gözlənilməz oldu. Biz hesab edirdik ki, əfqan ordusu necə olsa da müəyyən bir müddət ərzində müqavimət göstərəcək“-deyə Kabulov vurğulayıb.

Taliban ötən gün Əfqanıstanda nəzarəti tam ələ alıb. Prezident Əşrəf Qani ölkəi tərk edib. Hazırda yeni rejimin qurulması üçün danışıqlar gedir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlar, QHT-lər, jurnalistlər Niyaz Niftiyevə görə müraciət ünvanladılar –

Sonrakı məqalə

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib