Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Talibanın Kabulu ələ keçirməsi bizim üçün gözlənilməz oldu” –

Sonrakı məqalə

Hacıbala Abutalıbovun sabiq Aparat rəhbərinin məhkəməsi başlanıb