“Taliban”ın statusu Əfqanıstanla münasibətlərimizin inkişafına mane olur”- Rusiya XİN

“Taliban” hərəkatının terror təşkilatı statusu Rusiya ilə Əfqanıstan arasında münasibətlərin inkişafına mane olur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya XİN-in rəsmisi Zamir Kabulov deyib.

Onun sözlərinə görə, Moskva və Kabilin ikitərəfli əməkdaşlığın normallaşdırılması prosesinə başlaya bilməsi üçün təşkilat reyestrdən çıxarılmalıdır.

“İndi söhbət bu statusun ləğvindən gedir, çünki ikitərəfli iqtisadi və digər münasibətlərin normallaşması prosesi başlayır və bu status ilk növbədə Rusiyanın iqtisadi operatorlarının normal əməkdaşlıq qurmasına mane olur”, – o bildirib.

Azpost.info

Əvvəlki məqalə

Vuçiç Prezident İlham Əliyevə təşəkkür edib

Sonrakı məqalə

Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib