TANAP tam nəqletmə gücünə 2022-ci ildə çatacaq

Gələn il Trans-Anadolu qaz kəməri (TANAP) ilə 12,2 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. 

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, Türkiyə və Avropa üçün nəzərdə tutulan qazla birlikdə qaz kəməri ilə gələn il 12,2 mlrd. kubmetr qazın nəqli gözlənilir. TANAP-la qazın tam gücü ilə nəqli (16 mlrd. kubmetr) 2022-ci ildə mümkün olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir