Tanınmış azərbaycanlı jurnalist vəfat edib

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Aydın Mehdiyev vəfat edib.

1967-cü il təvəllüdlü Aydın Mehdiyev uzun sürən xəstəlikdən sonra müalicə üçün getdiyi Kanadada dünyasını dəyişib.

Qeyd edən ki, Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Aydın Mehdiyev bir müddət Azərbaycanın Fransadakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra Rusiyanın “Nezavisimaya Qazeta” və MİR televiziyasında fəaliyyətini davam etdirən həmyerlimiz Rusiya mediasında postsovet ölkələri üzrə siyasi şərhçi kimi də tanınıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir