Tanınmış baş məşqçidə onkoloji xəstəlik aşkarlanıb

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.

Bu barədə 75 yaşlı mütəxəssisin özü məlumat verib.

İsveçli çalışdırıcı vəziyyətinin kritik olduğunu bildirib: “Ən yaxşı halda bir il, ən pis halda isə daha az ömrüm qalıb. Amma söz verirəm ki, bu xəstəliklə bacardığım qədər mübarizə aparacağam”.

Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasına başçılıq edib. O, həmçinin İtaliyanın “Roma”, “Sampdoriya”, Portuqaliyanın “Benfika” klublarını da çalışdırıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.