Təhsil üzrə tanınmış ekspert Kamran Əsədov 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyini geri götürüb.
Azpost.info bildirir ki, bu barədə K.Əsədov öz bəyanatında bildirib.
O bu qərarını öz təşəbbüsü ilə qəbul etdiyini deyib.
” Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum. Bu müddət ərzində mənə dəstək olan, inanan və yanımda olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin etimadınız və dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Seçki prosesi mənə çox şey öyrətdi”.
Ekspert bildirib ki, ölkədə elmin, ali və orta təhsilin inkişafına hazırkı mövqeyi ilə də faydalı ola biləcəyini düşünür.
“Seçki demoktariyanın, əxlaqın, vicdanın, qanunların, mənəviyyatın işləkliyinin göstəricisidir.
İnşallah sonda bu dəyərlər də qalib gələcək”.
Qeyd edəki ki, Kamran Əsədov ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktorudur.