Tanınmış jurnalist Azər Qismət ürəyindən əməliyyat olunub

Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.

“Azər Qismət özünü narahat hiss edən kimi həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasınına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib.

Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, – N.Rəfiyeva qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir