R. Didavari 1997-2001-ci illərdə “Xalq qəzeti”nin İctimai-siyasi həyat şöbəsində baş müxbir kimi fəaliyyət göstərib. 2001-2002-ci illərdə “Media LTD” şirkətinin “Bizim əsr” qəzetində analitik şöbədə müxbir vəzifəsində çalışıb.
2003-2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan Cənubi Qafqaz Boru Kəmərləri layihəsində, “Consolidated Contractors International CO (CCIC)” şirkətinin Nəqliyyat departamentində koordinator kimi fəaliyyət göstərib.
2006-2020-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatında İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə AMEA Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildə AMEA Tarix İnstitutunun Elmi informasiya şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.