Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atıblar.
20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.
Modern.az xəbər verir ki, informatika fənni üzrə qızıl medal alanlar arasında tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazovun adıda var.
Bu barədə məlumatı jurnalist Şahvələd Çobanoğlunun özü öz “Facebook” səhifəsində paylaşıb.