Tanınmış səudiyyəli diplomat konfransda Allahdan danışarkən ölüb- VİDEO

Tanınmış səudiyyəli diplomat Məhəmməd əl-Qəhtani Misirdə Ərəb-Afrika konfransında çıxışı zamanı  dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, əl-Qəhhtani çıxışında sərhəddə saxta məhsullarla mübarizədən, Səudiyyə Ərəbistanı və Misirin qarşılıqlı əlaqələrindən danışıb.

“Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kimin məqamı və dəyəri yoxdur”, – deyən Kahtani saxta məhsul istehsalçılarına işarə edərək bildirib və bundan dərhal sonra yerə yıxılıb.

Həkimlər və zalda olan həyat yoldaşı Aişə əl-Cəbri dərhal onun yanına qaçıblar. İlkin tibbi yardım göstərilsə də, Qəhtaninin həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələ ki açıqlanmır.

Konfrans diplomatın ölümü ilə əlaqədar ləğv edilib. Əl-Qəhtani çıxışı zamanı həm də Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri və kralları haqqında danışıb. O, Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səudu “böyük insan” adlandırıb ki, onun dövründə ölkənin terrorizm və digər problemlərdən uzaq olduğunu deyib.

Azpost.info

Əvvəlki məqalə

Xaricdə magistratura təhsili üzrə sənəd qəbulu elan edilib

Sonrakı məqalə

“Gestapo”nun hərəkətlərinə bənzəyir”