“Gestapo”nun hərəkətlərinə bənzəyir”- Respublikaçılar Trampın müdafiəsinə qalxdı

Respublikaçılar Partiyasının üzvləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatındakı malikanəsində axtarış aparılmasını “gestapo”nun hərəkətləri ilə müqayisə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Respublikaçıların fikrincə, bu cür manevrlər yalnız üçüncü dünya ölkələrində, banan respublikalarında, diktaturanın hökm sürdüyü dövlətlərdə baş verə bilər.

Trampın partiyadaşları müstəqil araşdırma aparmağa çağırıblar.

Virciniyanın qubernatoru Qlenn Yanqkin bildirib ki, demokratik dövlətdə siyasi motivli tədbirlər görülə bilməz. Konqresinin Nümayəndələr Palatasında respublikaçı azlıqların lideri Kevin Makkarti partiyanın bu ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı araşdırmaya başlayacağına söz verib.

Trampın kiçik oğlu Erik Tramp atasının mülkündə axtarışları “koordinasiyalı hücum” adlandırıb.

Tramp özü isə bildirib ki, Ağ Evin əksini iddia etməsinə baxmayaraq, prezident Co Bayden axtarışın aparılmasından xəbərdar olub.

Azpost.info

Əvvəlki məqalə

Tanınmış səudiyyəli diplomat konfransda Allahdan danışarkən ölüb

Sonrakı məqalə

“Arşın mal alan”da oynamaqdan imtina etdim…“Komedixana”ya baxıram” –