Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tanınmış şair, AZTV-nin sabiq sədri Məmməd İsmayıl əməliyyat olunub

User 16 İyun 2023 - 14:14 (Last updated: 21 May 2025 - 20:15)
memmed ismayil
Azərbaycanın tanınmış ustad şairi Məmməd İsmayıl Türkiyədə əməliyyat olunub.
 
Azpost.info bildirir bu barədə şair özü feysbukda paylaşım edib.
“Dünən səhər ağır əməliyyatdan birini də keçirdim. Belə görünür, Allahın nəzəri yenə də üstümdə imiş. İçimdə bir misra səsləndi bildim qoruyan qoruyur, ölməyəcəyəm”, – deyə M. İsmayıl paylaşımda qeyd edib.

84 yaşlı Məmməd İsmayıl 1966-1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976-1980-ci illərdə “C.Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri, 1988-1992-ci illərdə “Gənclik-Molodost” jurnallarının baş redaktoru vəzifələrində çalışıb.

1989-1993-cü illərdə Xalq hərəkatında iştirak edib və “Demokratik Qüvvələr Birliyi”nin həmsədri kimi fəaliyyət göstərib. 1992-1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.

1995-1996-cı illərdə Türkiyədə “TİKA” və “Türk Dil Qurumu”nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərib. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur.

Azpost.info

Post navigation

Previous: Putin BƏƏ liderinə təşəkkür edib
Next: “Batıgöz” klinikası ilə Milli Olimpiya Komitəsi arasında memorandum imzalandı –

Oxşar xəbərlər

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35

xƏBƏR

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Uzun saatlar kompüter qarşısında işləmək, avtomobildə vaxt keçirmək və axşamı televizor qarşısında oturmaq gündəlik həyatın adi hissəsinə...
Read more about Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.