Tanınmış şair vəfat etdi

Vəfat
Vəfat

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.

AzPost kult.az-a istinadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.

O bildirib ki, Ağasən Bədəlzadə bu gün, 85 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.

Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək “Yanmaq ona deyərəm ki…”, “Payızda məhəbbət”, “Hayıf, a dünya səndən”, “Qorxuram bu dünya sevgisiz qala”, “Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunub.

Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə “Yanmaq ona deyərəm ki” adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.

2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin “Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı “Tarixə düzgün baxış, yoxsa mistik naxış” adlanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.