Tanınmış jurnalist Zülfüqar Rüfətoğlu vəfat edib

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.

Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.

***

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib.

Bu barərə mərhumun qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.