Tanınmış teleaparıcı Azər Zahidin həbs müddəti uzadıldı

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid barəsindəki həbs qərarının müddəti uzadılıb.

AzPost “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid barəsindəki həbs qərarının müddəti daha 3 ay artırılıb.

A. Zahid azyaşlı övladlarının olmasının nəzərə alınaraq ev dustaqlığına buraxılmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almayıb.

Qeyd edək ki, Azər Zahid, həm də qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.