Tanınmış aparıcı Natəvan Babayeva Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
Azpost.info bildirir ki, bu barədə Unikal” məlumat verib.
Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
