Tanışların adına online kredit götürdü – Bankdan zəng gələndə…

kredit
kredit

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ayrı-ayrı vaxtlarda ümumilikdə 26 şəxsə qarşı dələduzluq edən Nicat Fərmanzadə saxlanılıb.

DİN-in mətbuat xidmətindən AzPost-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, o, tanıdığı şəxslərin ailə üzvlərinə zəng edərək onların övladlarına və ya digər yaxınlarına təcili pul lazım olduğunu bildirib etibardan sui-istifadə edərək zərərçəkmişlərə ümumilikdə 8613 manat maddi ziyan vurub.

Keçirilən digər tədbirlərlə isə rayon sakini Nurlan Bayramov dələduzluq edərək digər şəxslərin adına onlardan xəbərsiz onlayn yolla kredit götürdüyü üçün saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.