Tapılan qızlar sığınacağa yerləşdirilib

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Bu barədə APA-ya açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: “Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.