Tarixdə izi qalmış, yeri taplmayan sirli paytaxt-şəhərlər-Araşdırma

Arxeoloqlar çoxsaylı qədim şəhərlər kəşf ediblər. Lakin qədim sivilizasiyaların bəzi əsas mərkəzləri hələ də naməlumdur. Onların mövcudluğu mətnlər və artefaktlar ilə təsdiqlənsə də, dəqiq yerləri naməlum olaraq qalır.

AzPost “Live Science” jurnalına istinadən bildirir ki, altı belə sirli şəhər müəyyən edilib.

Irisaqriq

Təxminən dörd min il əvvəl indiki İraq ərazisində mövcud olan Şumer şəhəri olub. Onun mövcudluğu inzibati qeydləri olan minlərlə gil lövhədən məlumdur. Mətnlər onun məbədləri və sarayları olan əsas mərkəz olduğunu göstərir, lakin şəhər heç vaxt arxeoloji cəhətdən kəşf edilməyib.

İttavi

Firon I Amenemat tərəfindən qurulan 12-ci sülalə dövründə Qədim Misirin paytaxtı olub. Mənbələr şəhərin Misirin mərkəzində, Lişt nekropolunun yaxınlığında yerləşdiyini göstərir, lakin arxeoloqlar hələ də şəhərin özünün izlərini tapa bilməyiblər.

Akkad

Bəşər tarixində ilk böyük dövlətlərdən biri olan Akkad imperiyasının əfsanəvi paytaxtı. Akkadın Qədim Şərqin siyasətində və mədəniyyətində böyük roluna baxmayaraq, onun dəqiq yeri naməlum olaraq qalır.

Əl-Yəhud

Eramızdan əvvəl altıncı əsrdə Yerusəlimin dağıdılmasından sonra köçkün düşmüş yəhudilərin yaşadığı Babil imperiyasında yaşayış məntəqəsi. Şəhərin mövcudluğu onlarla mixi lövhə ilə təsdiqlənir, lakin arxeoloji cəhətdən yerləşdiyi yer hələ də məlum deyil.

Vaşşukanni

Böyük Tunc dövrünə aid  güclü dövlət olan Mitanni krallığının paytaxtı. Mənbələr onu Şimali Mesopotamiyada, ehtimal ki, müasir Suriyada yerləşdiyini göstərir. Lakin təklif olunan bu yerlərin heç biri qəti şəkildə təsdiqlənməyib.

Tinis

Ölkənin birləşməsi ilə əlaqəli erkən qədim Misirin ən vacib şəhərlərindən biri. Tez-tez kral məzarlarının aşkar edildiyi Abidos bölgəsi ilə əlaqələndirilir, lakin şəhərin özü arxeoloqlardan gizli qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.