Tatarıstan Nazirlər Kabinetinin şöbə müdiri saxlanılıb

Həbs
Həbs

Tatarıstan Nazirlər Kabinetinin Mənzil-Kommunal Təsərrüfatı və Nəqliyyat şöbəsinin rəhbəri Fail Salixov rüşvət işində vasitəçilik etdiyi şübhəsi ilə saxlanılıb. Azpost xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, Salixov rüşvətin başqa şəxsə ötürülməsində vasitəçi olmaqda ittiham olunur. Mənbənin bildirdiyinə görə, o, törətdiyi əməli etiraf edib.

Hazırda istintaq orqanları yaxın vaxtlarda məhkəməyə müraciət edərək Fail Salixov barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etməyi planlaşdırır.

Bundan əlavə, həmin cinayət işi üzrə daha bir nəfərin də saxlanıldığı bildirilir. Onun mümkün şərik qismində istintaqa cəlb olunduğu qeyd olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.