Tatarıstanda orta məktəbə silahlı hücum edən şəxs saxlanılıb

11 May 2021 - 13:09

Kazanda orta məktəbə silahlı hücum edən şəxs saxlanılıb.

Bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanov bildirib.

O, məktəbə silahlı hücum edən şəxslərdən birinin saxlanıldığını, digərinin isə məhv edildiyini qeyd edib.

“Terrorçulardan biri saxlanılıb. Onun 19 yaşı var”, – deyə Rüstəm Minnixanov vurğulayıb.