Tatarıstanın Rəisi İlham Əliyevə “Dostluq” ordenini təqdim edib

Rusiya Federasiyasının Tatarıstan Respublikası Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunub.

Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oktyabrın 23-də baş tutan görüşdə oxunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.