Tavuşda bir qrup etirazçı Ermənistan ordusunun mövqelərinə doğru qaçıb- VİDEO

Tavuşda bir qrup erməni Ermənistanın silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb.

Bu barədə görüntülər sosial mediada yayılıb.

Bildirilir ki, onların bunu etməkdə məqsədi Azərbaycanın apardığı minatəmizləmə işlərinə və delimitasiya prosessinə mane olmaqdır.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Əvvəlki məqalə

“Əsgərin ərzağını bir dəqiqə də gecikdirmək olmazdı”

Sonrakı məqalə

Hərbi xərclər niyə rekord həddə artıb?