“Taxıl dəhlizi” ilə ilk gəmi Odessa limanını tərk etdi - Sabah İstanbulda olacaq

Qarğıdalı ilə yüklənmiş ilk gəmi Odessa limanını tərk edərək Livana yola düşüb.

Azpost.info xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, “Razoni” gəmisi Syerra-Leone bayrağı altında üzür.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti gəminin limanı tərk etdiyini təsdiqləyib. Avqustun 2-də İstanbula çatmalı olan gəmi şəhərdə yoxlamadan keçəcək.

Nazirlikdən bildirilib ki, müvafiq razılıq İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində əldə olunub.

“Rusiyanın təcavüzü başlayandan ilk Ukrayna taxıldaşıyan gəmisi limanı tərk edib. Bütün tərəfdaş ölkələrimizin və BMT-nin dəstəyi sayəsində biz İstanbulda imzalanmış sazişi tam şəkildə həyata keçirə bildik. Dünyanın ərzaq təhlükəsizliyinin təminatçılarından biri olmaq bizim üçün vacibdir”, – Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov “Tviter”də yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.