“Taxıl sazişi” mayın 18-də dayandırıla bilər- Rusiya XİN

buğda
buğda

“Danışıqlarda iştirak edənlər konsensusa gəlməsələr, “taxıl sazişi”ni əhatə edən Qara Dəniz Təşəbbüsü mayın 18-də dayandırıla bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, Rusiya ilk növbədə öz maraqlarını müdafiə edir.

Verşinin həmçinin qeyd edib ki, İstanbulda keçirilən görüşdə sövdələşmənin uzadılmasının mümkün tarixi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

“Təmaslar davam edir, tərəflərin bütün digər şərtləri və istəkləri nəzərə alına bilər. Lakin biz öz maraqlarımıza zidd hərəkət etmək fikrində deyilik”, – XİN yetkilsi əlavə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.