“Taxıl sazişi”nin bərpası Rusiyaya verilən vədlərin yerinə yetirilməsindən asılıdır”- PESKOV

Rusiya Müdafiə Nazirliyi Qara dənizə gedən gəmiləri monitorinq edir.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bunun “taxıl sazişi”nin bərpası perspektivləri ilə heç bir əlaqəsi yoxdur. Sazişin bərpası Moskva qarşısında olan öhdəliklərin faktiki yerinə yetirilməsindən asılıdır.

“Taxıl sazişi”nin bərpasının perspektivləri bilavasitə Rusiya qarşısında olan öhdəliklərin, Moskvaya verilən vədlərin sözdə deyil, əməldə yerinə yetirilməsindən asılıdır. Yəni sövdələşmənin onun Rusiya hissəsində icrası tamam başqa məsələdir”, – Peskov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.